İcarəyə verilir 3 otaqlı yeni tikili 67 m², 7-ci mikrorayon q.
KOD 035
Dərnəgül və Azadlıq Prospekti metrostansiyalarına bir neçə dəqiqəlik məsafədə yerləşən, müasir yaşayış kompleksində 3 otaqlı, işıqlı və rahat mənzil kirayə verilir.
Mənzil tam təmirlidir və bütün lazımi mebel və məişət texnikası ilə təmin olunub – köçüb dərhal yaşamaq mümkündür. Kombi sistemi, kondisioner, soyuducu, paltaryuyan və digər zəruri avadanlıqlar mövcuddur.
Kompleks böyük, səliqəli və yaşayış üçün çox əlverişlidir. Geniş və qapalı həyəti var. Axşam saatlarında həyətdə sakinlər gəzintiyə çıxır, uşaqlar oynayır, xoş və sakit bir mühit yaranır. Həyətdə idman trenajorları, istirahət zonaları və geniş gəzinti sahəsi mövcuddur.
Ailələr və rahatlıq, təhlükəsizlik və əlverişli yerləşməni qiymətləndirən hər kəs üçün ideal seçimdir.
Əlavə məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.































































































































































































































