İcarəyə verilir 2 otaqlı yeni tikili 75 m², Elmlər Akademiyası m.
Elmlər Akademiyası metrosu yaxınlığında, prestijli Renesans Palace yaşayış kompleksində premium kateqoriyalı mənzil kirayə verilir.
Şəhərin ən seçilən və elit ərazilərindən birində yerləşən bu 2 otağa düzəlmə mənzil yüksək zövqlə və keyfiyyətli materiallarla təmir olunub. Təmirdən sonra yaşayış olmayıb – mənzil tamamilə yenidir.
İnteryer müasir dizayn konsepsiyasına uyğun hazırlanıb.
Bütün mebel və məişət texnikası yenidir və yüksək keyfiyyətlidir. Salondakı divan, kreslo və masa daha premium modellə əvəz olunacaq.
Mərkəzi istilik sistemi mövcuddur.
Komendant xidməti və istilik haqqı (100 AZN) aylıq ödənişə daxildir.
Rahatlıq, prestij və keyfiyyət axtaranlar üçün ideal seçimdir.
Aylıq kirayə haqqı: 1400 AZN
Əlavə məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.











































































































































































































